Çatdırılma

Tədarük üzrə təlimat


Sifariş zamanı siz bizə öz əlaqə nömrənizi təqdim edərək çatdırılma prosesində bizə yardımçı ola biləcək təlimatlar verə bilərsiniz. Bir qayda olaraq bu təlimatlara evdə olmadığınız zaman sifarişinizin qonşunuza və ya hər hansı bir təhlükəsiz yerə çatdırılması üzrə məlumatlar da daxil ola bilər. Biz çatdırılma prosesini asanlaşdırmaq məqsədilə təqdim etdiyiniz əlaqə nömrəsini və çatdırılma təlimatlarını kuryerimizə verəcəyik. Nəzərinizə çatdırmaq istəyirik ki, təqdim etdiyiniz əlaqə nömrəsi marketinq məqsədilə istifadə olunmayacaq.

 

Sifarişin qablaşdırılması

Hədiyyəlik qablaşdırma:

• Hədiyyə qutuları və səbətlərinin ən yaxşı şəkildə çatdırılması üçün biz xüsusi olaraq hazırlanmış qablaşdırmalardan istifadə edirik.

• Hədiyyə qutularımız və səbətlərimiz peşəkar komanda tərəfindən hazırlanır.

• Günün pik saatlarında çatdırılma gecikə bilər, lakin biz xidmətimizin vaxtında həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik.

• Sifariş saat 14:00-dan sonra edildikdə və o cümlədən hədiyyə qutuları və səbətlərin sayı 15-dən çox olduğu halda biz sifarişinizi növbəti gün üçün hazırlaya biləcəyimizə təminat verə bilmərik.

• Korporativ sifarişlər üçün 077 717 00 70 nömrəsi vasitəsilə komandamızla əlaqə saxlamağınız xahiş olunur.

 

Sifarişinizin izlənməsi
Sifarişinizin yerinə yetirilmə gedişatını izləmək üçün "Mənim hesabım" səhifəsində sifarişlərin tarixi bölməsinə daxil olmağınız və sifarişin detallarını nəzərdən keçirməyiniz xahiş olunur. Biz həmçinin sifarişinizə təsir edə biləcək çatdırılmaya dair istənilən dəyişikliklər və ya vacib detallar haqqında sizi məlumatlandıracağıq.


Əlverişsiz hava şəraiti
Sifarişinizin hər zaman vaxtında çatdırması üçün bütün gücümüzü sərf edəcəyik.
Bəzən çatdırılma vaxtına əlverişsiz hava şəraiti kimi bizdən asılı olmayan amillər təsir edir. Belə olan halda biz qarşılaşdığımız hər hansı gecikmələrlə bağlı vebsaytımızda ətraflı məlumatlar yerləşdirəcəyik.